COVİD-19 karantini dövründə FSIC tərəfindən sahibkar qadınlar üçün onlayın təlimlər keçirilmişdir
COVİD-19 karantini dövründə FSIC tərəfindən sahibkar qadınlar üçün onlayın təlimlər keçirilmişdir
COVİD-19 karantini dövründə Xəzər, Qusar və Sabirabad Rayon Qadın Resurs Mərkəzlərinin təşkilatçılığı ilə qadın sahibkarlara FSİC tərəfindən məsafədən təqdim edilmiş risklərin idarə edilməsi təlimi zamanı onlayn prezentasiya, praktiki məşğələlər və fərdi koçinq müvəffəqiyyətlə təqdim edilmişdir. Bir daha əmin olduq ki, qadın sahibkarlar dəyər zəncirinin güclü həlqəsinə çevrilməkdə israrlıdırlar və bu yolda öyrənmə və əlaqələrin qurulması fəaliyyətləri ilə bağlı bir az dəstəyə ehtiyacları vardır. Təlim BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması Layihəsi çərçivəsində təşkil olunmuşdu: https://bit.ly/2L7gcxt