+994 12 437 1645 +994 50 208 4079 +994 12 437 2339 |
images

Maliyyə Savadlılığı


 
AMFA (Azərbaycan Mikromaliyyə Assosiasiyası) inanır ki, daha geniş maliyyə bilikləri insanlara öz pullarını daha yaxşı idarə etmək və həyat keyfiyyətlərini yüksəltmək üçün güc verə bilər. Maliyyə savadlılığı təlimləri aztəminatlı insanları maliyyə savadlılığının praktiki aspektləri ilə tanış etmək və təlim iştirakçılarını ev təsərrüfatının maliyyə planlaşdırılmasının və müntəzəm qənaətin zəruriliyinə inandırmaq məqsədi daşıyır. Bu təlimin ümumi məqsədi iştirakçıları şəxsi maliyyəni idarə etmək, maliyyə xidmətlərindən ağıllı və səmərəli istifadə etmək üçün lazımi bacarıq, bilik və yanaşmalarla təmin etməkdir.
Maliyyə savadlılığı təlimlərindən əsas mesajlar və öyrənilənlər:
  • Hər bir ailə illik və aylıq əsasda gəlirlər, xərclər və qənaətlər də daxil olmaqla nağd pul axınlarını diaqnoz etməlidir;
  • Mövsümilik təhlili aparılmalıdır, çünki bu, nağd pul axınını müəyyən etməyə, mövcud və mümkün vəziyyətləri qiymətləndirməyə kömək edir;
  • Həyat dövrünün təhlili maliyyə məqsədlərini müəyyən etmək üçün bir addımdır;
  • Ailələr öz maliyyə məqsədlərini hədəflərin dəqiq formalaşdırılması, vaxtın təyini, büdcə və prioritetlərin müzakirəsi ilə müəyyən etməlidirlər;
  • Planlaşdırmanın çoxsaylı faydaları var və onun icrası üçün ən vacibi insanın istəyidir. Hər bir ailə müdrikcəsinə plan qurmağı bacarmalıdır;
  • Hər kəs, o cümlədən çox aşağı gəliri olan insanlar qənaət edə bilər;
  • Qənaət həm xərclərin azaldılmasını, həm də yeni gəlir mənbələrinin ("pul oğrularının") tapılmasını əhatə edir. Bu, yalnız qənaətçillik deyil;
  • Qənaət təkcə pula sahib olmaq deyil, daha çox nizam-intizam və aydın məqsədlərlə bağlıdır;
  • Digər (daha yüksək prioritetli) məqsədlərə çatmaq naminə bəzi maddələr üzrə xərcləri ixtisar edin;
  • Kiçik fövqəladə hallarda biz özümüzə kömək edə bilərik; böyük fövqəladə hallarda isə digər vasitələrə (məsələn, sığortaya) ehtiyacımız var;
  • Fövqəladə halların idarə edilməsi fondu yaradın; bu, maliyyə məqsədlərinə çatmağa kömək edəcək, əks halda fövqəladə xərclər maliyyə məqsədləri üçün yığdığınız pulları "yeyəcək";
  • Fövqəladə halların idarə edilməsi prioritetdir;
  • Ailənin maliyyə məqsədlərinə ən uyğun olanı seçmək üçün xidmətləri təhlil etmək və anlamaq lazımdır;
  • Maliyyə institutlarının aztəminatlı ailələrin maliyyə məqsədlərinə uyğun xidmətləri mövcuddur;
  • Yığım vasitələrindən istifadə ailənin maliyyə məqsədlərinin müəyyən edilməsi ilə başlayır. Hansı yığım xidmətindən istifadə olunacağını məhz məqsədlər müəyyən edir;
  • Kredit maliyyə məqsədlərinə çatmaq üçün faydalı vasitə ola bilər, eyni zamanda ağılla istifadə edilmədikdə təhlükəlidir;
  • Borc götürməyə qərar verməzdən əvvəl imkanlarınızı təhlil edin;
  • Bazarda müxtəlif rəsmi kredit xidmətləri mövcuddur, lakin onların şərtləri, eləcə də potensial tələləri diqqətlə təhlil edilməlidir;
  • Planlar real və çevik olmalıdır;
  • Məqsədlər müddət, büdcə və prioritetlər baxımından uyğunlaşdırıla bilər;
  • Planlar vaxtaşırı nəzərdən keçirilməlidir;
  • Ailələr bir məqsədin yüksək prioritetini digər məqsədin daha tez reallaşma müddətindən üstün tutmalıdırlar.

Veb-səhifənin bu bölməsi Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmışdır.
Bu bölmənin məzmunu tamamilə AMFA-nın məsuliyyətindədir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir.