ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatının maliyyə dəstəyi ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası konsortiumun aparıcı təşkilatı olaraq UDPO, FSİC və beynəlxalq partnyorla 3 illik Biznes və Peşəkar Assosiasiyaların İnkişafı Proqramına start verir.
Gələcəyin Assosiasiyaları layihəsi xidmətlərin innovativ şəkildə təqdim edilməsi, təşkilatların təmsil edilməsi, inklüziv iqtisadi imkanların artırılması və iqtisadi rifaha töhfə verilməsi üçün layihədə iştirak edəcək assosiasiyaların bacarıqlarını artıraraq Azərbaycanda biznes və peşəkar assosiasiyaların ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir.
Layihə yerli assosiasiyalarla birbaşa əməkdaşlıq etməyi nəzərdə tutur ki, benefisiar assosiasiya öz idarəçiliyini, idarəetməni və üzvlük xidmətlərini təkmilləşdirərək öz üzvlərini daha yaxşı təmsil etməklə onlara xidmət etsin. Proqramda yeni üsulların tədbiqi sayəsində Assosiasiyalar öz üzvlərinin maraqlarını daha yaxşı təmsil etməyi, əlverişli mühiti yaratmağı, potensialı artırmağı və sosial cəhətdən məsuliyyətli və davamlı şəkildə innovativ yanaşmanı tədbiq etməyi öyrənəcəklər. Onlar öz üzvləri üçün ümumi biznes mühitini yaxşılaşdırmaq üçün hökumət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ilə qarşılıqlı kommunikasiyanın qurulmasında təşəbbüskar olacaqlar.