AMFA "Vəkillik və İctimaiyyətlə Əlaqələr" İşçi Komitəsi
"Vəkillik və İctimaiyyətlə Əlaqələr" İşçi Komitəsinin yaradılmasının məqsədi AMFA-nın mikro, kiçik və orta biznesləri maliyyələşdirməklə ölkə daxilində bölgələrin sosial-iqtisadi inkişafını dəstəkləməkdə təşkilatların oynadıqları kritik rol haqqında ictimaiyyətin məlumatlılığını artırmaq missiyasına uyğundur. Vəkillik bir səbəbi təyin etməyi, qəbul etməyi və təbliğ etməyi əhatə edir. Bu ictimai qavrayışı formalaşdırmaq və ya dəyişikliyə təsir etmək üçün bir fürsətdir.
Məqsəd: Mikromaliyyə üçün iş mühitinin yaxşılaşdırılması.
İşçi komitəsinin üzvləri hökumət və insanlar üçün mikromaliyyəni təmsil edəcək; dəstəkləyici qanunvericilik və daha yaxşı mühit üçün lobbiçilik edəcək. Dərnəyin bu İşçi Komitəsi nəzdindəki təşəbbüsləri ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında mikromaliyyə təşkilatlarının rolu haqqında məlumatlılığı artırmaq üçün mikromaliyyənin sosial təsirini nümayiş etdirən, uğur hekayələrinin paylaşıldığı və təcrübələr haqqında məqalələr, sənədli filmlərin nümayiş etdirildiyi ictimai əlaqələr üzrə materialların hazırlanmasına, sifarişinə yönələcək.
AMFA Üzv Təşkilatının nümayəndəsisinizsə və "Vəkillik və İctimaiyyətlə Əlaqələr" İşçi Komitəsinə üzv olmaq istəyirsinizsə, təklif və təcrübələrinizi bizimlə bölüşərək təşkilatınızın davamlı inkişafına daha çox töhfə verə bilərsiniz, bunun üçün zəhmət olmasa Axundzadə Sadiqə məlumat verin (member_services@ amfa.az).
AMFA "Davamlı İnkişaf" İşçi Komitəsi
AMFA üzvlüyü Mikromaliyyə Təşkilatları tərəfindən təmsil olunan maliyyə qurumlarıdır ki, istehsal fəaliyyətini, uyğun iş yerlərinin yaradılmasını, sahibkarlığın inkişafını, mikro, kiçik və orta sahibkarlar arasında yaradıcılıq və yenilikçiliyi dəstəkləyən inkişafa yönəlmiş siyasəti təşviq edir.
"Davamlı İnkişaf" İşçi Komitəsinin məqsədi: Mikro, kiçik və orta sahibkarların böyüməsini təşviq etməklə yanaşı, maliyyələşmə imkanlarını artıraraq sahibkarların biznes yetkinliyinin artmasına töhfə vermək. Dərnəyin bu İşçi Komitəsi çərçivəsində irəli sürdüyü təşəbbüslər mikromaliyyə təşkilatlarını və onların müştərilərini yenilikçi yollarla inkişaf etdirməklə yanaşı, BMT -nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qoyulmuş milli prioritetləri və göstəriciləri də tamamlayacaq və Azərbaycan üçün əhəmiyyətli bir dəyərə sahib olacaqdır. Eyni zamanda müxtəlif media kanalları vasitəsilə ölkəmizdə davamlı inkişaf islahatlarının əsas sahələrinin həyata keçirilməsində mikromaliyyə təşkilatlarının təsiri də işıqlandırılacaqdır.
AMFA Üzv təşkilatının nümayəndəsisinizsə və "Davamlı İnkişaf" İşçi Komitəsinə üzv olmaq istəyirsinizsə, təklif və təcrübələrinizi bizimlə bölüşərək təşkilatınızın davamlı inkişafına daha çox töhfə verə bilərsiniz. Bunun üçün Axundzada Sadiqə məlumat verməyiniz xahiş olunur. (member_services@amfa.az).