Qadınlara daha çox səlahiyyət verilməsi AMFA -nın son on il ərzində ölkədəki ən son təşəbbüslərinin sayına görə əldə etdiyi nailiyyətlərin başqa bir uğurlu komponentidir. Bu, mikromaliyyəyə müraciət edən qadın sahibkarların sayının 4%-dən 27%-ə, maliyyə təşkilatlarında çalışan qadın işçilərinin sayının 15%-ə və idarə heyətindəki qadınların sayının isə 5%-ə yüksəlməsinə səbəb oldu. Əlavə olaraq 12 qurum öz daxilində xüsusi bir bölmə yaratdı və təşkilatda gender bərabərliyinin təşviqinə yönəlmiş yeni strategiya və təlimatlar təqdim etdi. 5 təşkilat isə qadınları sahibkarlıq fəaliyyətlərinə cəlb etmək məqsədi ilə yeni maliyyə məhsulları təqdim etdi.
Son on ildə AMFA aşağıdakılara yönəlmiş bir sıra layihələr həyata keçirmişdir:
Qadın sahibkarlığının inkişaf etdirmək, qadın sahibkarlığını aktivləşdirməklə regionlarda yaşayan qadınları biznes inkubatorlarından faydalanmağa cəlb etmək; ailə büdcəsinin idarə edilməsi və/və ya lazım olan bacarıq və sərmayə kapitalı ilə qadın sahibkarlar üçün biznes inkubatorlardan istifadə edərək məşğulluq imkanları yaratmaq; gələcək üçün düzgün planlaşdırma, kənd əhalisinin mikromaliyyə xidmətlərinə daha asan çıxışının təmini; iqtisadi cəhətdən fəal vətəndaş olmaq üçün imkan verəcək büdcə və biznesin planlaşdırılması üzrə maarifləndirmə.
Partnyor təşkilatların regionlardakı filiallarında təlim keçmiş qadın kredit mütəxəssislərinin sayının artırılması; qadın müştəriləri həvəsləndirmək və onları kreditə cəlb etmək üçün qadın mütəxəssislərinə müvafiq təlimlər keçmək.
Partnyor təşkilatlarda İnsan Resursları üzrə siyasətləri və təcrübələri təkmilləşdirmək; qadınların maliyyə sektorunda işləməsi ilə bağlı problemləri və maneələri müəyyənləşdirmək və onları aradan qaldırmaq; qadın müştəriləri cəlb etmək məqsədi ilə qadın və kişi kredit mütəxəssislərinə müvafiq təlimlər keçmək; nəticələri ölçmək və izləmək üçün göstəricilər hazırlamaq; Gender Bərabərliyinin inkişafı üçün İllik Mükafatın hazırlanması (bu mükafat mərasimi ənənə halını alaraq bu günə qədər davam edir və hər il yanvarın son həftəsində keçirilir); Müştərilərə maliyyə və qeyri-maliyyə xidmətləri göstərməklə həyat planlaşdırılması aparmaq və onları maliyyə savadlılığı vasitələri ilə təchiz etmək; Mikromaliyyə Təşkilatlarının (MMİ) müştərilərinə qeyri-maliyyə xidmətləri ilə daha yaxşı dəstək verərək gender bərabərliyi təmin etmək və MMİ üçün davamlılığı təmin etmək.