12
JUN

12 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin roluna həsr olunan onlayn görüş təşkil olundu. 

Görüşdə Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə yanaşı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Kapital Bazarları Assosiasiyası, həmçinin bu assosiasiyalara üzv olan qurumların ümumilikdə 150-yə yaxın nümayəndəsi iştirak etidi.

Tədbirdə Mərkəzi Bankın Çağrı mərkəzinin fəaliyyəti barədə təqdimat olundu, təşkilatların qaynar xətt xidmətləri vasitəsilə məlumat əlçatanlığının təmin olunması istiqamətində tövsiyyələr verildi. Eyni zamanda, vətəndaş məmnuniyyətinin artırılması üçün görülən işlərin daha da səmərəli icra olunması imkanları müzakirə edildi.

 Görüş zamanı iştirakçılar istehlakçılara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirdilər və ünvanladıqları suallara cavab aldılar.