Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşəbbüsü və təşkilatçılığı ilə, Azərbaycan Mərkəzi Bankının məsul nümayəndələrinin iştirakı ilə cari ilin 10 iyul tarixində dəyirmi masa formatında görüş keçirilmişdir.
Görüşün əsas məqsədi, Mərkəzi Bank tərəfindən təsdiqlənmiş “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”dən irəli gələn məsələlərin, həmçinin maliyyə təşkilatlarında informasiya təhlükəsizliyi üzrə auditlərin keçirilməsi ilə bağlı praktiki sualların müzakirəsi olmuşdur.
Tədbirdə Mərkəzi Bankın rəhbər heyəti, AKTA və AMFA-nın rəhbər şəxsləri, üzv təşkilatların nümayəndələri və sahə üzrə ekspertlər iştirak etmişdir. Görüş çərçivəsində yeni tələblərin tətbiqi ilə bağlı praktiki yanaşmalar nəzərdən keçirilmiş, qarşıya çıxan çətinliklər və onların həlli yolları üzrə fikir mübadiləsi aparılmışdır. Mərkəzi Bank sədrinin müşaviri cənab Akif Bağırov iştirakçılara müvafiq tələblərlə bağlı geniş izahat təqdim etmiş və yaranan suallara aydınlıq gətirmişdir.
