10 dekabr 2025-ci ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) növbəti İllik Ümumi Yığıncağı keçirildi.
Yığıncaq zamanı 2025-ci ilin 11 aylıq fəaliyyətinə dair tərəqqi və maliyyə hesabatları təqdim olunaraq təsdiq edildi. Eləcə də 2026-cı il üzrə Biznes Planı və Büdcəsi qəbul olundu. İştirakçılar gələcək hədəflər və prioritetlər barədə geniş fikir mübadiləsi apardılar.
Tədbir çərçivəsində Müşahidə Şurasının tərkibində dəyişikliklər edildi, BOKT “Embafinans” QSC-nin direktoru Nahid Hüseynov və BOKT “Aqrarkredit” QSC İdarə Heyəti sədrinin müavini Rəcəb Hüseynov AMFA Müşahidə Şurasına üzv seçildilər. Bununla yanaşı, Nahid Hüseynov həm də Nəzarət-Təftiş Komissiyasına üzv seçildi.
AMFA – 2004-cü ildə yaradılmış qeyri-kommersiya birliyidir və hazırda ölkə üzrə mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləyən 32 maliyyə təşkilatını özündə birləşdirir. Üzvlər arasında BOKT-larla yanaşı, mikromaliyyə xidmətlərinin inkişafında maraqlı olan banklar da yer alır.
