Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 2004-cü ilin noyabr ayında rəsmi qeydiyyatdan keçən qeyri-kommersiya birliyidir. Hal-hazırda AMFA ölkə miqyasında mikro və kiçik bizneslərin inkişafı təcrübəsini inkişaf etdirmək üçün lateral öyrənmə ilə məşğul olan 32 maliyyə təşkilatını öz üzvlüyündə birləşdirir. AMFA üzvlüyünə bank olmayan kredit təşkilatları, mikromaliyyə sektoruna marağı olan banklar, kredit ittifaqları və lizinq şirkətləri daxildir. AMFA-nın Missiyası mikromaliyyə təşkilatlarının potensialının gücləndirilməsi və mikromaliyyə icmasının və müştərilərinin maraqlarının qorunmasına yönəldilmiş effektiv kollektiv təşəbbüslərin təşviq olunmasıdır. AMFA-nın Baxışı Assosiasiyanın üzvlərinin davamlı fəaliyyətinə şəraitin yaradılması və onların qabaqcıl təcrübələrə uyğun idarə olunması və dinamik templə inkişaf edən mikromaliyyə sahəsi daxilində təşkilatın geniş üzvlük şəbəkəsinə dəstək göstərilməsidir.
AMFA biznes strategiyasını və əməliyyatlarını inkişaf etdirmək üçün növbəti 3 il ərzində Assosiasiyasiyanın üzvlüyü və strateji planının əsasını təşkil edən 3 strateji istiqamət təkmilləşdirmişdir. Bunlar, həm də AMFA-nın büdcəsinin və gündəlik fəaliyyətinin əsasını təşkil edir.
İnnovativ məhsullar və xidmətlər
Üzvlərimiz üçün qabaqcıl və tələbatlı məhsul və xidmətləri təkmilləşdirmək AMFA-nın dayanıqlılığını dəstəkləyən gəlir gətirən məhsul və xidmətlərə fokuslanmaq
Davamlı təhsil
Üzvlərimizin beynəlxalq mikromaliyyə təcrübəsinə çıxışını təmin etməkYerli təcrübədən istifadə edərək daxili təlimləri inkişaf etdirmək
Üzv bazamızın bacarıqlarını daim artırmaq və təkmilləşdirmək
Sahə ekspertizası
Hökümət, mikromaliyyə təşkilatları və maliyyə cəmiyyəti tərəfindən Mikromaliyyə təşkilatlarının “sahə eksperti” kimi tanınmaq
AMFA-nın təcrübəsini göstərən qabaqcıl bazar araşdırması və müqayisə bazası (bençmark) tədqiqatlarını təklif etmək