+994 12 437 1645 +994 50 208 4079 +994 12 437 2339 |
images

Haqqımızda


Nahid Hüseynov

Nahid Hüseynov

AMFA Müşahidə Şurasının üzvü
BOKT "Embafinance" QSC

Hüseynov Nahid Şahin oğlu 1990-cı il may ayının 27-də Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Təfəkkür Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra farmakoloji şirkətdə satış meneceri vəzifəsində çalışmışdır.

2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlamışdır. 2013–2020-ci illər ərzində Kredit şöbəsində çalışmış, 2020–2021-ci illərdə Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021–2023-cü illərdə isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində fəaliyyət göstərmişdir.

2023-cü ilin aprel ayında BOKT “Embafinans” QSC-nin İdarə Heyətinin üzvü təyin olunmuşdur. 2024-cü ilin yanvar ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin aprel ayından etibarən isə BOKT “Embafinans” QSC-nin təkbaşçı icra orqanının rəhbəri vəzifəsini icra edir.

2025-ci ildə Liverpul Universitetinin Biznesin İdarə Edilməsi üzrə magistr proqramına qəbul olunmuşdur. Hazırda Biznesin İdarə Edilməsi və İdarəetmə üzrə ümumi MBA təhsili alır.

BOKT direktoru kimi innovativ maliyyə həllərinin tətbiqi və müştəri xidmətlərinin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə və inkişafına mühüm töhfələr vermişdir. Kiçik və orta biznesə xüsusi diqqət yetirərək, kredit xidmətlərinin əhalinin bütün kateqoriyaları üçün əlçatan və sərfəli olmasını şirkətin əsas prioritet və məqsədlərindən birinə çevirməyə çalışır. Onun əsas məqsədi təşkilatı maliyyə xidmətləri bazarında lider mövqeyə yüksəltmək və komanda ilə birlikdə davamlı inkişafı təmin etməkdir.