01 aprel 1953-cü ildə Azərbaycan Respublikası Qazax rayonu 2-ci Şıxlı kəndində anadan olmuş, orta məktəb təhsilini həmin kənddə bitirmişdir. 1973-1978-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (keçmiş Xalq Təsərrüfatı İnstitut) Maliyyə - statistika ixtisası üzrə bakalavr təhsilini almışdır. 1978-1995-ci illərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində iqtisadçı, baş iqtisadçı, 1981-ci ildən Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1996-cı il yanvar ayından etibarən keçmiş Aqrar Sənaye Bankında əvvəl İqtisadiyyat departamentinin direktorunun müavini, daha sonra isə Kredit departamentinin direktoru vəzifəsində işləmişdir.
2001-ci ildən keçmiş Aqrar Sənaye Bankının bazasında yaradılan “Aqrarkredit” Açıq Səhmdar Cəmiyyəti bank olmayan Kredit Təşkilatının Biznesin İnkişafı departamentinin direktoru və İdarə Heyətinin üzvüdür.
2006-cı ildən AMFA İdarə Heyətinin üzvü, 2010-cu ildən 2019-cu ilə qədər AMFA İdarə Heyətinin Sədri kimi fəaliyyət göstərmişdir.