+994 12 437 1645 +994 50 208 4079 +994 12 437 2339 |
images

Haqqımızda


Rəcəb Hüseynov

Rəcəb Hüseynov

AMFA Müşahidə Şurasının üzvü
BOKT “Aqrarkredit” QSC

Rəcəb Hüseynov 1974-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1992-ci ildə Sumqayıt şəhəri 3 saylı orta məktəbi bitirdikdən sonra 1992–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə–kredit” ixtisası üzrə ali təhsil almışdır.

1997–1998-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra peşəkar fəaliyyətinə 1999–2002-ci illərdə “Borçalı” Bankda müxtəlif vəzifələrdə çalışmaqla başlamışdır. Bu dövr ona bank sektorunda dəyərli təcrübə qazanmaq və peşəkar komanda mühitində formalaşmaq imkanı yaratmışdır.

2003-cü ildə “Azərbaycan Kredit Bankı” ASC-də Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilmiş, həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi proseslərində yaxından iştirak etmişdir. Fəaliyyətinin yüksək qiymətləndirilməsi nəticəsində 2007-ci ildə həmin bankda İdarə Heyəti sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir.

2010-cu ildən 2025-ci ilin aprel ayınadək “Para Bank” ASC-də (hazırda “Para BOKT” ASC) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır. 2025-ci ilin aprel ayından etibarən isə “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində fəaliyyətini davam etdirir.