İDARƏ HEYƏTİ

AMFA İdarə Heyəti müxtəlif qurumlarda çalışmaqda ola peşəkar şəxslərdən təşkil edilmişdir.

Süleyman Kələşov

AqrarKredit SKT

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin maliyyə - statistika ixtisası üzrə magistr təhsilini bitirmişdir. 1978-1995-ci illərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində iqtisadçı, baş iqtisadçı, daha sonra kənd təsərrüfatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildən etibarən keçmiş Aqrar Sənaye Bankında əvvəl İqtisadiyyat departamentinin direktorunun müavini, sonra isə Kredit departamentinin direktoru işləmişdir. 2001-ci ildən “Aqrarkredit” bank olmayan Kredit Təşkilatının Strateji planlaşdırma, marketinq və beynəlxalq əlaqələr departamentinin direktoru, İdarə Heyətinin üzvüdür. Eyni zamanda “Başak-İnam” Azərbaycan-Türkiyə Birgə Sığorta və Təkrar Sığorta Şirkətinin Müşahidə Şurasının üzvüdür. 2006-cı ildən AMFA Müşahidə Şurasının üzvü, 2010-cu ildən 2014-cü ilə qədər AMFA-nın idarə heyətinin sədri olmuşdur .

aqrarkredit@aqrarkredit.az

Cəlal Əliyev

İnkişaf üçün Maliyyə MMC

Cəlal Əliyev İnkişaf üçün Maliyyə MMC-nin İdarə Heyətinin Sədridir. O ictimai sektorda sosial missiyalı yerli və beynəlxalq təşkilatlarla iş sahəsində 11 illik təcrübəyə malikdir. Ondan əvvəl 2001 və 2002-ci illər ərzində o Böyük Britaniyanın Ofxam təşkilatının Mikrokredit Layihəsinin Baş İcraçı Məmuru olmuş və 2003-cü ildə bu layihə yerli bank olmayan kredit təşkilatına çevrilmişdir. 2004 və 2005-ci illərdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının həmsədri və sədri olmuşdur. O Azərbaycan Dövlət İqtisad Universitetinin 1991-1996-ci illərdə Beynəlxalq İqtisadiyyat fakültəsini (magistr səviyyəli diplom), 1996-1999-ci illərdə isə Aspirantura pilləsini bitirmişdir.

jalalaliyev@findev-az.com

Fəzail Musayev

Turan Bank ASC

Fəzail Misgər oğlu Musayev Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə-Kredit” fakultəsini bitirib. O, 2006-cı ildən TuranBank ASC-nin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır. Onun birbaşa rəhbəriliyi altında bank mikro maliyyə məhsulunu yaradaraq inkişaf etdirmiş, bu məhsulun bankın satış nöqtələrində təşviqini təşkil etmiş, bu gün Azərbaycanın mikro-maliyyə sektorunda ən aktiv fəaliyyət göstərən bir çox mikro-maliyyə təşkilatları ilə çoxşaxəli korporativ əməkdaşlıq etmək sahəsində nailiyyətlər əldə olunmuşdur. Onun Bankçılıq sahəsində 12 ildən çox təcrübəsi vardır. 2011-ci ilin dekabr ayından cənab Musayev TuranLizinq və AMFA-nın müşahidə şurasının üzvü kimi fəaliyyət göstərir.

fmusayev@turanbank.az

Melih Mengü

PAŞA Bank ASC

Melih Mengü Azərbaycanda, Gürcüstanda və Türkiyədə fəaliyyət göstərən PAŞA Bankın Biznesin Inkişafı, Korporativ, Kommersiya və Biznes Bankçılıq departamentinin rəhbəri vəzifəsində çalışır. Cənab Mengünün bank və bank olmayan maliyyə institutlarında olan 25 illik təcrübəsinə müxtəlif ölkələrin maliyyə bazarları üzrə qazandığı təcrübələr, Türkiyədə fəaliyyət göstərən Demirbank Group təşkilatının təsis etdiyi mikro lizinq təşkilatı, Rumıniyada fəaliyyət göstərən Bank Lizinq Assosiasiyasının həmtəsisçisi (ALB), idarə heyətinin üzvü kimi , Rumıniyada fəaliyyət göstərən UniCredit Tiriac bankında Korporativ, İnvestisiya və Özəl Bankçılıq üzrə rəhbər vəzifəsində çalışması və bankın daxilində faktorinq şöbəsi yaratmaq və onu Factors Chain International (FCI) təşkilatının üzvü etmək, Türkiyə və Rumıniyada Hüquqi şəxslərə Korporativ və İnvestisiya Bankçılıq üzrə konsultasiya xidmətləri göstərmək də daxildir.PAŞA Banka qoşulmazdan əvvəl cənab Mengünün Türkiyədə fəaliyyət göstərən Yapı Kredi Bankında Korporativ Bankçılıq satışı üzrə rəhbər, Rumıniya, Buxarestdə fəaliyyət göstərən Unicredit Tiriac Bank S.A – da icraçı vitse-prezident və İdarə heyəti üzvü kimi çalışmışdır. Melih Mengü, 1998-ci ildən 2006-cı ilədək Rumıniyada fəaliyyət göstərən UniCredit Lizinq şirkətinin icraçı direktoru və idarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. 1997-1998-ci illərdə İstanbul, Türkiyədə fəaliyyət göstərən Finansal Kiralama A.Ş. (Demir Leasing) şirkətində Baş Direktorun müavini vəzifəsində çalışmışdır.Bu kommersiya nailiyyətləri ilə yanaşı o, 2004-cü ildə Bankçılıq Lizinq Assosiasiyasının (ALB) həmtəsisiçisi olmuşdur.

melih.mengu@pashabank.az

Elşən Pirmalıyev

AccessBank QSC

Elşən Pirmalıyev AccessBank QSC-də Mikro Kredit Departmenti Rəhbərinin Müavini vəzifəsində çalışır. 10 ildən artıq bank təcrübəsinə malik olmaqla, AccessBank QSC-də adıçəkilən departamentdə müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycanda ilk dəfə olaraq AccessBank-da Kredit Mütəxəssisləri üçün Təlim Mərkəzinin yaradılmasına böyük töhvələr vermiş və yeni struktura rəhbərlik etmişdir. Həmçinin bir müddət Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır.

elshan.Pirmaliyev@accessbank.az

Elçin Qədimov

Rabitə Bank

Elçin Qədimov Rabitabankın komandasına 2006-ci ildə qoşulub . Bundan əvvəl Atabank-da İdarə Heyətinin Sədr Müavini vəzifəsində, eləcə də, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb . Elçin Qədimov Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.

rb@rabitabank.com

Nəzakət Aslanova

BOKT FİNCA Azerbaijan MMC

Nəzakət Aslanova mikromaliyyədə 20 ildən çox təcrübəyə malik olmaqla yanaşı FİNCA Azərbaycanın idarə heyətinin üzvüdür. Kredit portfelinin idarə edilməsi, əməliyyatlar və filial şəbəkəsinin idarə edilməsi üzrə əsas məsul şəxsdir. 1990-ci ildən bu yana sektorun inkişafına töhfə vermiş birinci mikromaliyyə mütəxəssislərindən biridir. Nəzakət xanım mikromaliyyədə öz karyerasına sahə işçisi kimi başlamış və şirkətdə aparıcı vəzifəyə qədər yüksəlmişdir. Bu sektorda onun karyerası 1998-ci ildə Beynəlxalq Miqrasiya təşkilatının həyata keçirdiyi mikromaliyyə layihəsi ilə başlayıb. Bir neçə il öncə “FINCA Azerbaijan”a Kredit Şöbəsinin Rəhbəri kimi qoşulmuşdur və şirkətin geoqrafik genişlənməsinə töhfə vermiş iştirakçılarından biri olmuşdur. 3 il ərzində o, Regional Əməliyyat Meneceri vezifəsinə təyin olunmuşdur və ölkənin müxtəlif rayonlarında çalışmışdır.. Bu vezifede Nezaket 2012 ile kimi azerbaycanin Cenub ve Qerb bolgelerinde chalishmishdir. 2012-ci ildən isə o, Baş Əməliyyat Meneceri vəzifəsinə təyin olumuşdur Nəzakət Aslanova Naxçıvan Dövlət universitetinin məzunudur. O, həmçinin, Böyük Britaniyada Varvik Biznes Məktəbində MBA proqramı üzrə təhsil almışdır.

Nazakat.Aslanova@fincaazerbaijan.com