İşçi Heyəti

AMFA İşçi Heyəti müxtəlif sahələrdə təcrübələrə malik olan peşəkar şəxslərdən təşkil edilmişdir.

Jalə Hacıyeva

İcraçı Direktor

Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMA) icraçı direktoru olaraq öz işini mikromaliyyə institutlarını qüvvətləndirərək və mikromaliyyə icması və onun müştərilərinin maraqları naminə effektiv birgə fəaliyyətin genişləndirməsinə həsr etmişdir. Jalə Hacıyeva layihələrin planlaşdırılması, şəbəkə inkişafı, layihənin həyata keçirilməsi sahələrində və 1999-cu ildən isə mikromaliyyə sahəsində işləmişdir. O, mikromaliyyə sektorunda statistik hesabat;n müəllifi, mikromaliyyədə qabaqcıl təcrübələrin və yerli səviyyəli bazarda maliyyə şəffaflığını və ən yaxşı təcrübəni təşviq edən siyasi dialoqların və ölkə səviyyəli konfransların təşkilatçısıdır. O, mikromaliyyə təcrübəsini BMT İnkişaf Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatından əldə etmişdir. Jalə Hacıyeva “Mix-Market”də 2004-cü ildə nəşr olunan Azərbaycanda Trendlər üzrə Müqayisəli Təhlil Hesabatının müəllifidir. Şəbəkənin dayanıqlı inkişafında göstərdiyi xidmətə və əhəmiyyətli yardımına görə Jalə Hacıyeva iki beynəlxalq və bir milli mükafat əldə etmişdir. 2008-ci ilin may ayından etibarən MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Mikromaliyyə Mərkəzinin Şura üzvüdür.

jhaleh@amfa.az

Vüsalə Qarayeva

Layihələr üzrə Menecer

Xanım Vüsalə Qarayeva hal-hazırda AMFA-nın layihələr üzrə menecer vəzifəsində və AMFA-nın həyata keçirdiyi layihələr və xidmətlərdən məsuldur. O həmçinin AMFA tərəfindən təşkil olunan Konfrans, Təcrübə mübadiləsi kimi tədbirlərin təşkil olunması və kiçik həcmli layihələrin həyata keçirilməsində aşağı vəzifələrdə çalışan işçi heyətinin yönləndirilməsindən məsul şəxsdir. İnkişaf etmiş beynəlxalq təşkilatlarda 13 illik təcrübəsi AMFA üçün dəyərlidir və gələcəkdə assosiasiyada peşəkar inkişaf və üzvlük xidmətlərinin artırılması üçün yeni bacarıqların əldə edilməsinə imkan yaradır. Xanım Qarayeva Azərbaycan Dillər Universitetinin magistr dərəcəsinə malikdir. O həmçinin Frankfurt Maliyyə və Menecment məktəbinin mikromaliyyə üzrə Beynəlxalq Ekspert sertifikatını almışdır. 2013-cü ildə isə Smart Kampaniyasının köməkçi qiymtləndirici dərəcəsini qazanmışdır.

network_coordinator@amfa.az