AMFA Mikromaliyyə Konfransı 2018

22 NOYABR 2018

Bakı, Azərbaycan

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Azərbaycanda yerli mikromaliyyə sektorunda tərəqqiyə aparan fikirlər mübadiləsi məqsədilə iki ildən bir ən böyük tədbiri sayılan mikromaliyyə konfransını keçirir.“Dayanaqlı inkişaf üçün Potensialları Reallaşdıraq”  adlı 9-cu Azərbaycan Mikromaliyyə konfransı 22-23 noyabr 2018-ci il tarixində keçirilməsi planlaşdırılır. 


Bir sıra beynəlxalq və yerli investor şirkətlərinin və xidmət təminatçılarının, mikromaliyyə və ixtisaslaşmış maliyyə ekspertlərinin, mətbuat nümayəndələrinin belə ki, 12-dən çox ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir. 

Məlumat üçün bildirmək istərdik ki, konfrans iki dildə (azərbaycan-ingilis, ingilis-azərbaycan) keçiriləcəkdir. Hər iki dilə sinxron tərcümə təmin ediləcəkdir. 

Ətraflı məlumat əldə etmək yaxud hər hansı bir sualınız yaranarsa marketing@amfa.az yaxud 012 437 16 45 telefonuna zəng vuraraq əlaqə saxlaya bilərsiniz.


Sonuncu AMFA Mikromaliyyə konfransının gündəlik və təqdimatları ilə aşağıdan tanış ola bilərsiniz.

 Gündəlik 

 Təqdimatlar 

Qeydiyyatdan keçmək üçün sağ tərəfdəki keçiddən istifadə edin.

Qeydiyyat

Sağ tərəfdəki keçiddən sponsorluq şərtləri ilə tanış ola bilərsiniz.

Sponsor ol