İllik Təltif Şam Ziyafəti

28 APREL 2017

Bakı, Azərbaycan

Tədbirin məqsədi AMFA-nın üzvləri və partnyorları arasında ünsiyyət və şəbəkədaxili əlaqələrin gücləndirilməsidir. 

İllik əsasda keçirilən Ziyafət, üzv və partnyorlar arasında sosial və biznes şəbəkələşmə imkanının və Azərbaycanda mikromaliyyə birliyinin gücləndirilməsi üçün müsbət işğuzar əməkdaşlıq mühitinin yaradılmasıdır. 

Tədbirdə AMFA-nın elan etdiyi nominasiyalar üzrə, üzvlərin təqdim etdiyi sənədlər əsasında, beynəlxalq və yerli orqanların nümayəndələrindən ibarət olan mükfatanlandırma komitəsi tərəfindən verilən qiymətləndirməyə əsasən mükafatlandırırlar. 

Eyni zamanda, bu tədbir təşkilatımıza üzvlərin il ərzində qazandığı uğur və nailiyyətləri haqqında məlumat almaq imkanı yaradır ki, nəticədə ziyafət ərzində AMFA mükafata layiq gördüyü qalibləri də açıqlayır. 

Tədbirdə adətən Azərbaycan Respublikası Mərkəzi Bankı, banklar və bank olmayan kredit təşkilatları, beynəlxalq təşkilatlar, sığorta təşkilatlarından nümayəndələri iştirak edir.

Qeydiyyatdan keçmək üçün sağ tərəfdəki keçiddən istifadə edin.

Qeydiyyat

Sağ tərəfdəki keçiddən sponsorluq şərtləri ilə tanış ola bilərsiniz.

Sponsor ol