Mikromaliyyə Azərbaycana 1990-cı illərin ortalarında Ermənistanla Dağlıq Qarabağ münaqişəsi zamanı qovulan 1,000,000 artıq məcburi köçkün və qaçqının iqtisadi tələbatlarının ödənilməsi strategiyası kimi təqdim olunmuşdur.

1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Davamlı inkışafa nail olmaq məqsədilə kredit xidmətlərinin göstərilməsində üzləşdikləri problemlər barədə müzakirələr etməyə və təcrübə mübadiləsini aparmağa başlamışdılar. 2001-ci ilin dekabr ayının 19-da bir sıra qurumlar Anlaşma Memorandumunu imzaladılar və təşkilatın ilkin nizamnaməsini tərtib etməklə yanaşı, onun missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsini təmin etmişlər.

XƏBƏRLƏR

24

yanvar

VF AzərKredit 2014-cü ili yeni nailiyyətlərlə başa vurdu

aaaMüştəriləri məhsul çeşidlərinin müxtəlifliyi və yüksək müştəri xidməti ilə sevindirən VF AzərKredit Zaqatala, Kürdəmir, Masallı, Neftçala, Quba və Şamaxıda daha yeni  6 filialını istifadəyə verərək,... daha çox

9

yanvar

VF AzərKredit İnsan Resurslarının İnkişafı üzrə mükafata layiq görüldü

İşçi heyətini təşkilatın ən əhəmiyyətli aktivi hesab edərək, Sosial Fəaliyyətin İdarə Olunması üzrə Universal Standartlara əsasən “İşçi heyətinə məsul yanaşma” prinsipini öz fəaliyyətində tətbiq edən... daha çox

18

noyabr

VF AzərKredit Laçın Futbol Komandasına dəstək oldu

Sosial fəaliyyəti ilə cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsini daim diqqət mərkəzində saxlayan VF AzərKredit Qaradağ rayonu, Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrindən olan uşaqlardan ibarət... daha çox

6

noyabr

VF AzərKredit “Maliyyə Savadlılığı” mövzusunda seminar təşkil etdi

Müştərilərə məsul yanaşma strategiyasına daim sadiqlik nümayiş etdirən BOKT “VF AzərKredit” MMC Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi “Maliyyə savadlılığı” aylığına qoşulmuşdur.Kampaniyanın əsas... daha çox

31

oktyabr

VF AzərKredit “Müştəri Mühafizəsi Sertifikatı”na layiq görülüb

VF AzərKredit müştəri xidməti üzrə yüksək standartlara cavab verdiyinə görə mikromaliyyə sektorunda təkmil müştəri mühafizəsi təcrübələrinin formalaşdırılması üzrə qlobal təşəbbüs kimi yaradılmış Smart... daha çox

AMFA ənənəvi olaraq öz illik hesabatını təqdim edir. Sonuncu hazırlanmış illik hesabat ilə sağ tərəfdə yerləşən keçid vasitəsi ilə tanış ola bilərsiniz.

İLLİK HESABAT