Mikromaliyyə Azərbaycana 1990-cı illərin ortalarında Ermənistanla Dağlıq Qarabağ münaqişəsi zamanı qovulan 1,000,000 artıq məcburi köçkün və qaçqının iqtisadi tələbatlarının ödənilməsi strategiyası kimi təqdim olunmuşdur.

1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Davamlı inkışafa nail olmaq məqsədilə kredit xidmətlərinin göstərilməsində üzləşdikləri problemlər barədə müzakirələr etməyə və təcrübə mübadiləsini aparmağa başlamışdılar. 2001-ci ilin dekabr ayının 19-da bir sıra qurumlar Anlaşma Memorandumunu imzaladılar və təşkilatın ilkin nizamnaməsini tərtib etməklə yanaşı, onun missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsini təmin etmişlər.

XƏBƏRLƏR

AMFA ənənəvi olaraq öz illik hesabatını təqdim edir. Sonuncu hazırlanmış illik hesabat ilə sağ tərəfdə yerləşən keçid vasitəsi ilə tanış ola bilərsiniz.

İLLİK HESABAT