AMFA üzv sıralarına qoşul

AMFA'nın üzvlük xidmətləri aşağıdakıları əhatə edir:

1. Mikromaliyyə sektoru üzrə rüblük statistik məlumatın toplanılması və hesabatın tərtib olunması. Statistik hesabat bu kimi göstəriciləri əhatə edir: kredit məhsulları, kreditin həcmi, kreditin müddəti, cari müştərilərin sayı, verilən kreditlərin cəmi, kredit portfeli, qadınların iştirakı, əhatə olunan rayonlar;

2. Mikromaliyyə sektoru üzrə insan resurslarına təklif olunan maliyyə məvacibləri və social müavinatları üzrə məlumatın illik əsasda toplanılması və hesabatın tərtib olunması;

3. Mikromaliyyə üzrə qabaqcıl təcrubə, ölkə daxili və regional təşəbbüslər, potensial donor və investorların ölkəyə gəlişi, reyting, audit və təlim xidmətləri barədə və eləcə də qrantlar haqqında məlumatın sektorda yayılması;

4. Vəkillik və lobbiçilik;

5. AMA-nı təmsil etmək məqsədilə ən aktiv şura üzvlərini Regional Mikromaliyyə Konfranslarına göndərmək;

6. AMA tərəfindən həyata keçirilən regional layihələrdə iştirak etmək (tədqiqatlar, korporativ idarəetmə, gender bərabərliyi, strateji planın hazırlmanması və sair);

7. Xarici investorlarla əlaqələndirmə (mikromaliyyə sektoruna sərmayə yatırmaq niyyətində olan donorlar/investorlar haqqında məlumatın təqdimatı, Azərbaycan mikromaliyyə bazarında maraqlı olan yeni investorlar üçün ölkə daxili görüşlərin təşkili);

8. Kredit Reytinq şirkətləri ilə əlaqələndirmə (Beynəlxalq səviyyədə tanınmış Reytinq təşkilatları ilə əlaqələrin qurulması);

9. İnstitusional profillərin MİX Market qlobal mikromaliyyə şəbəkəsinin internet saytında yerləşdirməklə üzv təşkilatlarının təbliğatı.

10. Üzvlərin beynəlxalq səviyyədə maliyyə bazarlarında tanıtması (təşkilatı profillərin qlobal mikromaliyyə platformasında MİX Market saytında yerləşdirilməsi)

11. Iki ildən bir geniş miqyaslı Konfransın, beynəlxalq təlimçilər üçün təlimlərin, təcrübə mübadiləsi turların və yeni məhsullar barədə(mikro-lizinq, mikrosığorta, mobil bankçılıq) və digər məsələlərlə bağlı(kredit bürosu, korporativ idarəetmə, strateji planlaşma və s.) seminarların keçirilməsi

12. Beynəlxalq Təşəbbüslər və Mükafat müsabiqələri haqqında məlumatlı saxlamaq və orada iştirakı üçün yardımçı olmaq(Korporativ Sosial Məsuliyyət, Maliyyə Şəffaflığı, müştərilərin mühafizəsi və s.)

Üzvlük üçün Ümumi Kredit Portefli haqqında məlumatları və Müraciət formasını doldurub bizə göndərin.