Anlaşma Memorandumu

Anlaşma Memorandumu

Bu Anlaşma Memorandumu (AM) on təşkilatın mikromaliyyə sənayesinin maraqlarının qorunması və Azərbaycanın davamlı və tarazlı inkişafının dəstəklənməsi məqsədilə Mikromaliyyələşdirmə Assosiasiyası yaratmaq niyyətinin rəsmi ifadəsi kimi çıxış edir. Bu təşkilatlar Adventist İnkişaf və Yardım Agentliyi (ADRA) Azərbaycan, Beynəlxalq Birliyinin Yardım Fondu (FINCA) Azərbaycan, Mercy Corps Azərbaycan, Norveç Qaçqınlar Şurası (NRC), Norveç Humanitar Müəssisəsi (NHE), Uşaqları Qoruyun (SC), Oxfam, Dünyaya Baxış Azərbaycan, ACDI/VOCA və Beynəlxalq Miqrasiya Təşkilatından ibarətdir.

Mikromaliyyələşdirmə barədə ictimaiyyətin məlumatının azılığı və mikromaliyyə xidmətlərinin göstərilməsinin tənzimlənməsi üçün müvafiq hüquqi bazanın olmaması ilə bağlı olaraq Azərbaycanda mikromaliyyələşdirmə potensialının tam reallaşdırılmamasını nəzərə alaraq, və mikromaliyyə xidmətləri göstərən və/və ya donor təşkilatları kimi ən qabaqcıl təcrübənin yayılması və tətbiqi, mikromaliyyə xidmətlərinin göstərilməsində şəffaflığın və cavabdehliyin təşviq olunması və mikromaliyyə qurumlarının davamlı inkişafı sahəsində ümumi maraqlarımızı nəzərə alaraq yuxarıda qeyd olunan təşkilatlar davamlı Mikromaliyyələşdirmə Assosiasiyasının yaradılması sahəsində birlikdə işləməyi qərara alırlar.

Nəzərdə tutulur ki, Mikromaliyyələşdirmə Assosiasiyası:

- Mikromaliyyələşdirmə birliyinin maraqlarını təşviq etməık üçün ümumi fəaliyyət gündəliyi və tədbirlər planı formalaşdıracaq;
- Mikromaliyyə birliyinin ümumi səsi kimi çıxış edəcək;
- Assosiasiyanın əməliyyatlarının və təşkil etdiyi təıdbirlərin maliyyələşdirilməsi üçün dövlət və özəl təşkilatlardan vəsait əlvə etməyə çalışacaq;
- Mikromaliyyələşdirmə barədə Azərbaycanın xüsusiyyətlərini əks etdirən informasiyasını sənədləşdirəcək və dərc edəcək;
- Azərbaycanda mikromaliyyələşdirmənin təşviq olunması üçün görüşlər və konfranslar təşkil edəcək;
- Üzvlərin müəyyənləşdirdiyi digər fəaliyyəti keçirəcək və təşviq edəcək.
İlk dövrdə, Mikromaliyyələşdirmə Assosiasiyasının rəsmi təsisi və qeydiyyatınadək, bu memorandumu imzalanyanlar Assosiasiyanın inkişafını təmin etmək və Azərbaycanda mikromaliyyələşdirmənin inkişafını təşviq etmək üçün aşağıdakı istiqamətlərdə birlikdə işləməyə razılaşırlar:

- Bu qeyri-rəsmi şəbəkənin müntəzəm görüşlərinə qərar qəbul etmək səlahiyyəti olan nümayəndələrin göndərilməsi;
- Birgə layihələrə, o cümlədən Assosiasiyanın qeydiyyatı və/və ya vəsaitin səfərbər olunması prosesinə mövcud kadr resurslarının təhkim olunması;
- Assosiasiyanın yaradılması və fəaliyyətinin davam etdirilməsi üçün əsaslandırılmış səviyyədə maliyyə resurslarının ayrılması (məs., üzvlük haqqı) öhdəlliyinin götürülməsi.

Öz təşkilatlarımızın adından biz bu fəaliyyəti həyata keçirmək və daha geniş anlamda Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının yaratmaq üçün səylərimizi birləşdirmək niyyətimizi ifadə edirik. 5