XƏBƏRLƏR

- 4 iyul 2015

Azərbaycanda maliyyə savadlılığı üzrə ilk 20 təlimçi akkreditasiya olundu

Azərbaycanda maliyyə savadlılığı üzrə ilk 20 təlimçi akkreditasiya olundu


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və MFC-nin əməkdaşlığı ilə AMFA tərəfindən keçirilən “Azərbaycanda regionlarda qadın ekspertləri yetişdirmək və qadın sahibkarların təşviq edilməsilayihəsi çərçivəsində 2015-ci ilin iyul ayının 4-5i ilk maliyyə savadlılığı təlimşilərinin qiymətləndirilməsi və akkreditasiy olunması üzrə seminar təşkil olundu.

Azərbaycanın müxətlif regionlar və təşkilatlardan olan 20 nəfər təlimçi, maliyə savadlılığı təlimlərini keçmək hüququ qazandı- İradə Mikayılova (Dəmirban ASC), Aysu Cəbrayılova və Jalə Əfəndiyeva (Turanbank ASC), Vüsalə Qarayeva və Sevda Hüseynova (AMFA), Firuzə Məmmədova (FİNCA Azerbaijan), Narınc Quliyeva (yerli təlimçi), Səidə Nəcəfova (Ağdaş), Aygün Həsənzadə (Biləsuvar), Nuridə Quliyeva (Gəncə), Gülər Kərimova və Səlimə Nəzərova ( “ÜMİD” Sosial İnkişafa dəstək təşkilatı-Quba, Şabran), Gülşən Vahidova (“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi), Aytəkin Baxışova (Mingəçevir), Günay Bayramova və Aygül Həsənova (Gəncə Regional Assosiasiyası), Fərqanə Həsənova və Günel Məmmədova (Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası), Pərvanə Rəhimova və Nigar Hüseynli (Şəmkir).

 2014-cü ilin yanvar ayından 2015-ci ilin may ayına qədər “Gələcəyini planlaşdır” modulundan istifadə edilərək maliyyə savadlılığı üzrə 27 təlim təşkil olundu və bu təlimlərdə Biləsuvar, Zaqatala, Şəmkir, Quba, Xaçmaz, Qusar, Göyçay, Şabran, Gəncə, Ağdaş və Mingəçevir rayonlarından olan 513 qadına təlim keçirildi.

Təlimin  məqsədi neqativ addımları uzun müddətli maliyyə planlaşdırılmasına çevirməklə aşağı lirli nd təssərrüfatının maliyyə imkanlanın və bacaqlanın  artılmasıdır.  Təlimin sonunda iştirakçılar maliyyə məqsədlərini müəyyənləşdirə və ailə büdcəsinin və yığım planının yarada bildilər.