XƏBƏRLƏR

- 16 oktyabr 2015

DÜŞÜN, BORC AL! 2015

DÜŞÜN, BORC AL! 2015


Müştərilərini borclanmaya məsuliyyətli şəkildə yanaşmaya çağıran VF AzərKredit keçən il olduğu kimi bu il də beynəlxalq  “Düşün, borc al!” 2015 Kampaniyasına qoşulur. Beynəlxalq maliyyə savadlılığı kampaniyası olan  “Düşün, borc al!” oktyabr ayı ərzində iştirakçı ölkələrdə 150 000-dən artıq müştərinin diqqətini cəlb etməyi hədəfləyir.

Mikromaliyyə Mərkəzinin (MFC) təşkilati dəstəyi ilə Avropa və Mərkəzi Asiyanın 15 ölkəsindən 24 maliyyə institutu növbəti 30 gün ərzində cari və potensial mikromaliyyə müştərilərini təhlükəsiz və məsuliyyətli borclanmaya dair məlumatlandıracaqlar.

Kampaniya nə üçün əhəmiyyətlidir?

Bir çox ölkələrdə geniş sənaye böhranı və ya bazar iştirakçılarının məsuliyyətsiz davranışları səbəbindən mikromaliyyə sektoru barədə mənfi rəy formalaşmışdır. Bu gün biz hər zamankından daha çox nümayiş etdirməliyik ki, bank sektoru daha məsuliyyətli, şəffaf şəkildə borc verərək, müştəriləri beynəlxalq normalara uyğun olaraq artıq borclanmadan mühafizə etmək iqtidarındadır. Lakin önəmli olan yalnız institusional məsuliyyət deyil: müştəri mühafizəsinin təmin olunmasında digər vacib məsələ isə məsuliyyətli borclanmadır, yəni, müştərinin borcu lazımi şəkildə necə istifadə etməyi bilməsidir.

Keçən ilin nəticələri göstərdi ki, kampaniya çoxlu sayda müştəriyə maliyyə savadlılığı mesajlarının çatdırılması üçün mükəmməl vasitədir. Olan marağı və uğurlu nəticələri nəzərə alaraq, “Düşün, borc al!” Kampaniyasını illik tədbir şəklində keçirmək qərara alınıb.

VF AzərKredit kampaniya çərçivəsində nə planlaşdırır?

VF AzərKredit komandası müştərilərin düzgün borclanma anlayışını qavraması üçün onlarla sıx əlaqədə olaraq vacib mesajları onların diqqətinə çatdıracaqdır. Təşkilatın xidmət mərkəzləri və veb səhifəsi aşağıdakı 5 əsas suallara cavab verən poster və broşürlarla təmin ediləcəkdir:

  • Nə qədər borc götürməli olduğumu necə təyin edə bilərəm?
  • Nə qədər ödəyəcəyimi bilirəmmi?
  • Mən müqaviləni tam başa düşürəmmi?
  • Bankdan narazıyamsa nə etməliyəm?
  • Borcun məbləğini necə idarə edə bilərəm?

Cənub-şərqi Avropa üzrə Avropa Fondunun (EFSE) dəstəyi ilə hazırlanmış materiallar əsasında iştirakçılara həmçinin xarici valyutada götürülən kreditlərlə bağlı risklər barədə məlumat veriləcəkdir.

Kampaniyaya kimlər cəlb olunublar?

Kampaniyaya öz regionlarının müştəri mühafizəsi üzrə aparıcı maliyyə təşkilatları qoşulub:  AzərKredit and Viator (Azərbaycan), EKI, Lider, MiBospo, and Parner (Bosniya və Herseqovina); SIS Credit (Bolqaristan); Crystal (Gürcüstan); AFK (Kosovo); Baytuşum (Qırğızıstan), Horizonti (Makedoniya); Microinvest  (Moldova); Xac Bank (Monqolustan ); AgroInvest (Serbiya və Montoneqro ); Vitas (Rumıniya ); MDF, and Opportunity Bank (Serbiya); Bank Eskhata and Imon (Tacikistan ); Hope (Ukrayna) və sair.

Daha çox məlumat əldə etmək istəyirsinizsə,

"Düşün, borc al!” səhifəmizə baş çəkin. O cümlədən, Kampaniyanı MFC-nin veb səhifəsində,  Facebook və Twitter səhifələrində izləyin və ya  Kinga Dabrowska ilə əlaqə saxlayın.