Press-relizlər

Press-relizlər

Press-relizlər mütəmadi olaraq yenilənməkdədir.

27 yanvar 2015 - AMFA 5-ci illik Təltif Şam Ziyafəti

AMFA nın 5-ci illik təltif şam ziyafəti Yanvar ayının 27-də Monolit Plazada keçirildi. Bizim keçmiş tədbirlərimizdə olduğu kimi, bu ildə Azərbaycanın Mikromaliyyə sahəsinin əsas simalarını o cümlədən 20 üzv mikromaliyyə müəssisəsinin və üzv olmayan bankların nümayəndələri bir araya toplaşdı. Tədbirdə həmçinin yerli maliyyə orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi. Ümumilikdə, tədbirdə 50 dən çox nümayəndə iştirak etmişdi.

AMFA -nın idarə heyətinin sədri Süleyman Kələşov və AMFA nın icraçı direktoru xanım Jalə Hacıyeva tədbiri açıq elan etdi. Daha sonra tədbir qonaq natiqlərin (Neil McKain, Ölkə Direktoru/AYİB; Elçin Həbibov Azərbaycan Mərkəzi Bankının kredit reyestri şöbəsinin rəhbəriı; Aytən Rüstəmova, Aparıcı Bankir/AYİB) çıxışı ilə davam etdi.

Bu imkandan yararlanaraq AMFA böyük məmnuniyyətlə tədbirə maliyyə dəstəyi göstərən təşkilatlara : İNKİŞAF ÜÇÜN MALİYYƏ, FİNCA, SOFTWARE GROUP VƏ VF AZƏRKREDİTƏ təşəkkünü bildirmək istərdi.

Qaliblər: Bu il, 5 dəyərli üzvdən ibarət olan təltif komitəsi 14 iddialı namizədlərin arasından 3 qalibi mükafata layiq gördü.

- UniBank ASC: Azərbaycanda Mikrobiznesləri Dəstəkləyən Təşkilat
- FİNCA MMC: Nümunəvi Müştəri Şikayətlərinin Idarə Edilməsi Mexanizminə Malik Olan Təşkilat
- Azərkredit MMC: Mikromaliyyə Sektorunda Xidmətlərin Şəffafliğin Təşviq Edən Təşkilat

Bütün qalib və namizədləri təbrik edirik!

4 oktyabr 2011 - AMA İnvestorlar Yarmarkası

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) İnvestorlar Yarmarkası adlı konfrans təşkil etmişdir. Konfransın məqsədi üzvlər “ Mikromaliyyə institutları, banklar, kredit ittifaqları və investorlar / donorlar və xidmət təminatçıları arasında əlaqənin yaradılması və maliyyə risklərinin idarə olunması üçün ən yaxşı təcrübə və yanaşmalar haqqında fikirləri bölüşmək olmuşdur.

Qafqaz Lizinq, Dəmirbank, ResponsAbility, Triple Jump, Aqroinvest, FINCA Azərbayan, Inkişaf üçün Maliyyə, Software Group, TBC Kredit, VF AzərKredit, Avrasiya Kredit, Kredit Aqrikol, EFSE konfransın təşkili üçün maliyyə dəstəyi göstərmişdilər. Triple Jump,responsAbility, Incofin, EFSE/Finance in Motion, EBRD, Grameen Credit Agricole və s. kimi İnvestor şirkətləri konfransda iştirak etmişdir.

Konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə xanım Hacıyeva tərəfindən giriş nitqi ilə açılmışdır. Ardınca, AMA İdarə Heyətinin sədri Süleyman Kələşov, Azərbaycan Sahibkarlar Konfederasiyanın sədri Məmməd Musayev, Mərkəzi Bankın Baş Direktoru Rəşad Orucov, ABŞ Səfiri Metyu Brayza və ResponsAbility şirkətinin İcraçı Direktoru Sebastyan Duke tərəfindən açılış nitqləri söylənilmişdir.

Konfransın aparıcı natiqləri mikro-maliyyənin Azərbaycanda yoxsulluğun aradan qaldırılması, regional sosial “iqtisadi və kiçik, orta sahibkarlığın inkişafı yolunda mühüm rola malik olmasını vurğuladılar. Konfransda həmçinin, qeyri-bank kredit təşkilatlarının ölkə üzrə aztəminatlı əhalinin (qaçqın və məcburi köçkünlər və digər aztəminatlı təbəqələr) maliyyə xidmətlərinə çıxışını təmin etməyin vacibliyi də vurğulanmışdır. İnvestorlar Yarmarkası adlı konfrans maliyyə institutları üçün digər partnyor təşkilatlar ilə ünsiyyətdə olmaq, ideya və təcrübələrini bölüşmək, potensial biznes əlaqələri, müştərilər və investorlar ilə görüşüb əlaqələr yaratmaq üçün əvəzsiz imkandır.

Yarmarkanın ilk hissəsi Mikromaliyyə sektorunda müştəri mühafizəsi və ədalət mövzusuna həsr olunmuşdur. Bu sessiyada müştəri perspektivində şəffaflıq, ədalətli münasibət və müştəri hüquqları, bankların dayanıqlı biznes yaratmaq yanaşı, müştəri mühafizəsini də diqqət kənar qoymamalı olması ətrafında müzakirələr aparılmışdır.

Növbəti sessiya Mikromaliyyədə kommersiya məqsədli və dayanıqlı təkrarmaliyyə, imkanlar və çətinliklər mövzusuna həsr olunmuşdur. Bu paneldə təkrarmaliyyə qurumlarından olan nümayəndələri ilə ümumi yenidənmaliyyələşdirmə vəziyyəti, qısa müddətli perspektivdə gözlənilən dəyişikliklər, MMİ-lərin həll etməli olduğu məsələlər müzakirə olunmuşdur.

Konfrans investorların və maliyyə konsultantlarının iştirak etdiyi dəyirmi masa müzakirələri ilə davam etmişdir. Bu sessiya BOKT, bank və lizinq təşkilatlarına daha çox təcrübə toplamaq, müasir kapital bazarındakı yeni imkanlar və texniki bacarıqların artırılması imkanları ilə tanış olmaq üçün mühüm şərait yaratmış oldu. Konfrans iştirakçılara şəbəkələşmə, təsisçilər, strateji tərəfdaşlar və texniki xidmət təminatçıları ilə mühüm əməkdaşlıqların qurulması imkanları təqdim etdi.

Əlavə məlumat üçün əlaqə saxlayın: Jalə Hacıyeva, AMA İcraçı Direktoru

Prezentasiyalar:

- Sevda Hüseynova, AMFA - AZEENG
- Sebastiyan Duke, responsAbility - AZEENG
- Elçin Həbibov, Azərbaycanın Mərkəzi Bankı - AZEENG
- Oleq İvaniyçuk, Finance in Motion - AZEENG
- Eduard Sers, Planet Rating - AZEENG

13 iyul 2010 - Kənd Təsərrüfatı Kreditlərinin Sığortalanması Yekun nəticələrin təqdimatı

Bakı, 13 İyul, 2010 – Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) Kənd Təsərrüfatı Kreditlərinin Sığortalanması layihəsi çərçivəsində aparılan tədqiqatın yekun nəticələrinə həsr olunmuş seminar keçirtmişdir.

Layihənin məqsədi kənd təsərrüfatı və sığorta sahəsində ölkədəki mövcud vəziyyətin təhlili və kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi əsasında ölkədə mexanizmin tətbiqi üçün siyasət seçiminin və tövsiyələrin hazırlanmasından ibarətdir. Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyanın icraçı direktoru xanım Jalə Hacıyeva, Böyük Britaniyanın OXFAM Humanitar təşkilatının Azərbaycan üzrə məsul şəxsi cənab Elvin Nəbiyev, AMA-nın Layihə üzrə Vəkili cənab Ayxan Nəsibli və AMA-nın tədqiqat qrupu rəhbəri Vaqif Rüstəmov layihə ilə əlaqədar təqdimat etmişlər.

Cənab Nəbiyev Mərkəzi Azərbaycanda yoxsul fermerlərə kənd təsərrüfatında dəstək layihəsi çərçivəsində icmalara suvarma infrastrukturunun bərpasında və idarəedilməsində dəstək, fermerlərin bazara və kreditə çıxışını təmin etmək və kreditlərin sığortalanması mexanizminə dair işlərinin görüldüyünü vurğulamışdır.

Cənab Nəsibli bildirmişdir ki, AMA-nın üzv mikro-maliyyə institutlarının 2 milyarda yaxın kredit portfelinin təxminən 450 milyonu mikro-kreditlərə yönəlir. Keçirilən sorğuya əsasən, həmin üzvlərin yarısı kənd təsərrüfatına kredit ayırır və bu sektorun ümumi portfelində çəkisi 10%-dır. Bu mexanizm mikro-maliyyə institutları və sığorta şirkətləri üçün bir imkan olaraq, kənd təsərrüfatı məhsullarının bazarda məhsuldarlığını yaratmağa və ixrac yönümlü hədəflər qurmağa böyük təsir edəcəkdir.

Layihə ilə əlaqədar cənab Rüstəmov mexanizmin strukturunu iştirakçıların diqqətinə çatdıraraq bildirmişdir ki, kreditlərə zəmanət verilməsi və sığortalanması bir çox Avropa və Asiya ölkələrində fəaliyyət göstərir. Bu fondlar yalnız dövlət sərmayəsi ilə qurula biləcəyi kimi, dövlət, özəl və beynəlxalq fond əməkdaşlığı sayəsində də formalaşa bilər. 4 iyun 1999-cu il tarixli Kiçik sahibkarlığa dövlət köməyi haqqında Qanununun Kiçik sahibkarlığa dövlət maliyyə yardımı adlanan 8-ci maddəsinin 2-ci bəndinə istinadən kreditlərə təminatlar verilməsi əsasında mexanizimin qanunvericilikdə əksinin tapılması labüddür. Eyni zamanda, fondun sərmayeçilərinin əməkdaşlıq əsasında formalaşdırılması, riskin dəqiq mexanizm əsasında bölüşdürülməsi, fondun vergidən azad olunması, fokus qruplarının, veriləcək kreditlər üçün prioritet istiqamətlərinin, və hətta sığorta və zəmanətlər üçün limitlərin müəyyənləşməsi kimi vacib təklifləri vurğulamışdır.

Əlavə məlumat üçün əlaqə saxlayın - Ayxan Nəsibli

5-6 oktyabr 2010 - AMA 5-ci Konfransı: Məsuliyyətli Mikromaliyyə Beynəlxalq Ticarət Mərkəzi

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) Məsuliyyətli Mikromaliyyə” adlı konfrans təşkil etmişdir. Konfransın məqsədi maliyyə xidmətlərinin şəffaf və ədalətli şəkildə çatdırılmasını təşviq etmək və üzvlər – Mikromaliyyə institutları, banklar, kredit ittifaqları və investorlar / donorlar və xidmət təminatçıları arasında əlaqənin yaradılması və məsuliyyətli mikromaliyyənin tətbiqi sahələri üzrə ən yaxşı təcrübə və yanaşmalar haqqında fikirləri bölüşmək olmuşdur.

Accessbank, VF AzərKredit, Triple Jump, ASB Bank, OikoCredit, SBFIC, Parabank, FINCA Azərbaycan, TBC Kredit, Turanbank, Finance for Development, EFSE, Planis, Norveç Səfirliyi, CredAgro, Software Group konfransın təşkili üçün maliyyə dəstəyi göstərmişdir. Triple Jump, Blue Orchard, Planet Finance, OikoCredit, IFC, AYİB, Bank im Bistum Essen, DWM, Incofin Investment Management, KİVA, Moody’s Investors Servise, Planis, ResponsAbility Social Investment AG, Finance in Motion, ASN Bank və s kimi investor şirkətləri konfransda iştirak etmişdir.

Konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə xanım Hacıyeva tərəfindən giriş nitqi ilə açılmışdır. Ardınca, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov, Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Norveç Krallığının Azərbaycandakı səfiri, Erlinq Şonzberq, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri vəzifəsini müvəqqəti icra edən Adam Sterlinq, Sahibkarlar (İşəgötürənlər) təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev tərəfindən açılış nitqləri söylənilmişdir.

Bu iki günlük Konfrans mikromaliyyə və qanunvericilik (hüquq və siyasət məsələləri), mobil bankçılıq və islam bankçılığı, sosial hesabatlılıq və sosial reytinq, kənd təsərrüfatı üzrə mikro-sığorta: dünya təcrübəsi və perspektivlər, maliyyə savadlılığı və müştəri mühafizəsi, məsuliyyətli mikromaliyyə, kredit bürolarının maliyyə bazarlarında rolu, mikromaliyyə maliyyələşdirilməsi və alətlər kimi mövzular əhatə olunmuşdur.

Bundan əlavə, konfransın birinci günündə xüsusi mükafatlandırma mərasimində AMA üzvü BOKT Vijn Fond AzərKredit MMC İlin üzvü 2010” nominasiyası üzrə, BOKT İnkişaf üçün Maliyyə MMC-nin idarə heyətinin sədri cənab Cəlal Əliyev isə İlin Peşəkarı 2010” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Konfrans iştirakçılara şəbəkələşmə, təsisçilər, strateji tərəfdaşlar və texniki xidmət təminatçıları ilə mühüm əməkdaşlıqların qurulması imkanları təqdim etdi.

Əlavə məlumat üçün əlaqə saxlayın - Jalə Hacıyeva, AMA İcraçı Direktoru