12 may 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 15-ci İllik Təltif Şam Ziyafəti keçirilmişdir. Tədbirdə bank və bank olmayan kredit təşkilatları, müxtəlif sektorları təmsil edən biznes assosiasiyalar və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların nümayəndələri olmaqla 60-a yaxın nümayəndə iştirak etmişdir Tədbir həmçinin AMFA-nın təsis edilməsinin 21-ci il dönümünə təsadüf edilmişdi.
Tədbir AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyevin və icraçı direktor Jalə Hacıyevanın açılış nitqləri ilə başladı. Cəlal Əliyev öz çıxışında bu ilin müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-illiyi olduğunu qeyd edərək mikromaliyyə sektorunun Ümumimmili lideri dərin hörmət və ehtiramla anıldığını qeyd etmişdir. Cəlal Əliyev öz çıxışında Ümummilli lider Heydər Əliyevin uzaq görən siyasətinin ölkəmizdə, xüsusi ilə regionlarda maliyyə əlçatanlığının artırılması istiqamətində, bank olmayan kredit təşkilatlarına şəraitin yaradılmasına, mikromaliyyə fəaliyyətinin genişlənməsinə, mikrosahibkarlığın inkişafına geniş imkanların açılmasına təkan verdiyi vurğulamışdır.
Tədbirin açılış hissəsindəTədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Samir Hümbətov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qonaq natiq qismində çıxış etmişdilər.
Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək və uğurlu və səmərəli fəaliyyəti ilə seçilən qabaqcıl təşkilatları mükafatlandırmaqdan ibarət idi. Mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:
1. Mikromaliyyə sektorunda çirkli pulların yuyulması əleyhinə effektiv mexanizmə malik Mikromaliyyə təşkilatı – PARABOKT ASC;
2. İlin məhsul yeniliyi üzrə qabaqcıl Mikromaliyyə təşkilatı – Viator Mikrokredit Azərbaycan MMC;
3. Mikromaliyyə sektorunda gənclərin inkişafını dəstəkləyən qabaqcıl təşkilat -“Xəzər” Kredit İttifaqı;
4. Maliyyə inklüzivliyini dəstəkləyən qabaqcıl Mikromaliyyə təşkilatı - Viator Mikrokredit Azərbaycan MMC.