14-cü İllik Təltif Şam Ziyafəti – 09 dekabr 2022-ci il!
09 dekabr 2022-ci il Cümə günü tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 14-cü İllik Təltif Şam Ziyafəti keçirilmişdir. 21 il öncə dekabr ayında AMFA 11 üzv təşkilat tərəfindən təsis olunmuşdur və artıq 18 ildir ki, Assosiasiya qeydiyyatdan keçmiş ictimai birlik olaraq mikromaliyyə sektorunun inkişafına və eləcədə onun müştərilərinə xidmət göstərir.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, bank və bank olmayan kredit təşkilatları və mikromaliyyə sektorunda xidmət göstərən müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri olmaqla 50-ə yaxın nümayəndə iştirak etmişdir. Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək və 2 kateqoriya üzrə ən qabaqcıl təşkilatları mükafatlandırmaqdan ibarət idi. Mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:
1. Mikromaliyyə sektorunda qiymətlərin şəffaflığını təşviq edən təşkilat– BOKT ????????̇???????????? Azerbaijan
2. Mikromaliyyə sektorunda gender bərabərliyini dəstəkləyən təşkilat – BOKT FinexKredit