9 iyun tarixində Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (International Finance & Banking Summit 2026) öz işinə başlayıb. Tədbir maliyyə, bankçılıq və fintex sektorlarının aparıcı nümayəndələrini bir araya gətirərək rəqəmsal transformasiya, süni intellekt, ödəniş sistemləri, kibertəhlükəsizlik və uyğunluq (compliance) sahələrində aktual məsələlərin müzakirəsi üçün platforma yaradıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva sammitdə iştirak edərək maliyyə sektorunda innovasiyalar, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq istiqamətində aparılan müzakirələri dinləyib, sektor nümayəndələri ilə fikir mübadiləsi aparıb.
İki gün davam edəcək sammitdə maliyyə xidmətlərinin gələcəyi ilə bağlı regional və beynəlxalq təcrübələrin paylaşılması nəzərdə tutulmuşdur.
