12 iyul 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı İllik Təltif Şam Ziyafəti keçirildi. Yüksək səviyyədə təşkil olunmuş təltif mərasimində dövlət qurumlarının, səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının,sığorta şirkətlərinin, müxtəlif sektorları təmsil edən biznes assosiasiyaları və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların rəhbər heyəti olmaqla, 100-ə yaxın nümayəndə iştirak etdi. Tədbir eyni zamanda AMFA-nın təsis edilməsinin 23-cü il dönümünə həsr edilmişdi.
16-cı illik Təltif Şam Ziyafəti platinium partnyor ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, mikromaliyyə sektorunda mikrobizneslərin inkişafını dəstəkləyən qızıl partnyor FINCA Azerbaijan, gümüş partnyorlar Aqrarkredit, FİNOKO, sığorta bazarında fəalolan Meqa sığorta və Meqa Həyat şirkətlərinin maliyyə dəstəyiilə həyata keçirilmişdir.
Tədbirin açılış hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev illər ərzində AMFA-nın ölkə iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlərdən danışaraq, regionlarda icra olunan layihələrin mikrobizneslərin inkişafına müsbət təsirini xüsusilə qeyd etdi.İllik Təltifin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyanının Prezidenti Məmməd Musayev, Mərkəzi Bankın şöbə müdiriXəyyam İsmayılov,Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov, PAŞA Bankın Maliyyə İnstitutları şöbəsinin rəhbəriZahid Əfəndiyev çıxışlar edərək AMFA-nın fəaliyyəti və birgə əməkdaşlıqları barədə məlumat verdilər. Onlar AMFA-nın ölkənin mikromaliyyə sektorunda oynadığı mühüm rolu, bu yolda addıqları addımların vacibliyivə qarşıda duran yeni çağırışlar barədə danışdılar.
Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək, eyni zamanda, uğurlu və səmərəli fəaliyyəti ilə seçilənqabaqcıl üzv təşkilatları mükafatlandırmaqla inkişaf edən müsbət təcrübələri təşviq etmək idi.