Samir İsgəndərov bankçılıq və mikrofinans sahəsində 20 ildən artıq təcrübəyə malik rəhbərdir. Hazırda “Caspian Finance BOKT” MMC-nin direktoru vəzifəsində fəaliyyət göstərir.
Peşəkar fəaliyyəti ərzində bank və qeyri-bank maliyyə institutlarında filial idarəçiliyi, kredit portfelinin idarə olunması, problemli aktivlərlə iş, satış strategiyalarının qurulması və risklərin idarə olunması kimi müxtəlif istiqamətlərdə çalışmışdır. O, həmçinin korporativ idarəetmə, insan resurslarının inkişafı və geniş filial şəbəkələrinin effektiv idarə olunması sahələrində əhəmiyyətli təcrübəyə malikdir.
Samir İsgəndərov müxtəlif maliyyə və real sektor təşkilatlarında qazandığı təcrübə əsasında mikrofinans və klassik bankçılıq modellərinin tətbiqi, sektorun inkişafı və maliyyə institutlarının dayanıqlığının gücləndirilməsi istiqamətlərində fəaliyyət göstərir.