AMFA nın 9-cu illik təltif şam ziyafəti Yanvar ayının 29-da Kempinski mehmanxanasında keçirildi. Bizim keçmiş tədbirlərimizdə olduğu kimi, bu ildə Azərbaycanın Mikromaliyyə sahəsinin əsas idarəediciləri, o cümlədən 20 təşkilatının nümayəndələri və üzv olmayan bank nümayəndələri bir araya toplaşdı. Tədbirdə həmçinin yerli maliyyə orqanlarından və beynəlxalq təşkilatlardan nümayəndələr iştirak etdi. Tədbirdə 50-yə yaxın nümayəndə iştirak edirdi. AMFA nın idarə heyətinin sədri Süleyman Kələşov və AMFA nın icraçı direktoru Jalə Hacıyeva tədbiri açıq elan etdi. Daha sonra tədbir qonaq iştirakçıların ( cənab Xəyyam İsmayılov, Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük mütəxəssisi, xanım Natəvan Məmmədova, AMCHAM icraçı direktoru, cənab Elxan Mikayılov, Milli proqram mütəxəssisi, SECO və cənab Sənan Nəsibli, Dubai Chamber, Azərbaycan Nümayəndəliyinin rəhbəri) nümayəndələrin özlərini təqdim etməsi ilə davam etdi.
Bu il, 4 dəyərli üzvdən ibarət olan mükafatlandırma komitəsi Azərbaycan Mərkəzi Bankının Maliyyə stabilliyinin tədqiqi şöbəsinin direktoru Leyla Yusifzadə , SMART Kampaniyası, Baş Mütəxəssisi, Daniel Balson, AYİB-in baş bankiri Aytən Rüstəmova və Azərbaycan Mikromaliyyə Assosiasiyası, Sosial Fəaliyyətlər Proqramı üzrə Direktor Sevda Hüseynova iddialı namizədlərin arasından 3 qalibi mükafata layiq gördü . Qaliblər: FİNCA Azerbijan "Böhran dövründə müştərilərin sadiqliyini təmin edən ən yaxşı təşkilat" nominasiyası üzrə "DəmirBank“ ASC- Müştərilərin maliyyə savadlığının artırılmasına önəm verən qabaqcıl təşkilat” nominasiyası üzrə "Bank of Baku" ASC- “Müştərilərinə Rəqəmsal Maliyyə Xidmətləri təklif edən Qabaqcıl Təşkilat” nominasiyası üzrə mükafatlandırıldı.